HAT Medicine

Четверг, Апрель 18, 2024



Bu fantastikdir : Qlaukomanın müalicəsində yenilik !!!

 

news30112015
Biz gözdaxili təzyiqi əməliyyatın köməyilə ( Əhməd qapağı ) normallaşan, lakin  görməsi getdikcə zəifləşən  görmə sinirinin atrofiyasından əziyyət çəkən uşaqda  təsadüfən uğurlu müalicə edən üsul tətbiq etdiyimizdən yazmışdıq.

Uşaqda görmə sinirinin müalicəsi mükəmməl və nəticələr davamlıdır. Bu xəstədən sonra daha  3 insanda uğurlu müalicə aparmışıq.

Sizin diqqətinizə qlaukomalı növbəti  bir xəstəni çatdırmaq istəyirik.

1940-cı il təvəllüdlü Lətifov Məbud  Mikayıl oğlu 15 ildir ki, qlaukomadan  müalicə alırdı. 

news28112015Sol göz tamamilə kor olub , subatrofikdir. 

Sağ göz   - 1,5D / ilə 30 % görürüdü , amma görmə sahəsi boru kimi idi, görmə tədricən pisləşirdi. Göz daxili təzyiq Travatanın və Timalolun fonunda 26 mm. civə sütünü idi (normal təzyiq 21 mm civə sütünü olur )

Xəstənin gözündən floraya və antibiotikə həssaslığa görə yaxma götürüldü, bu həssaslıq göstəricilərinə əsasən qola bir neçə iynə edildi (HAT Medicine üsulu).

Diqqətinizə görmə sahəsinin müalicəyədək və müalicədən 3 ay sonrakı göstəricilərini çatdırırıq. Xəstə özü də görmə sahəsinin hiss ediləcək dərəcədə genişləndiyini qeyd edir.

Göz təzyiqi müalicədən sonra 15 mm. civə sütünü oldu və biz sevinərək dərmanı dəyişdik, amma 2 həftə sonra  təzyiq 23 mm civə sütünü oldu. Biz təkrari baxışdan  1 ay sonra  Timalol təyin etdik və təzyiq 21 mm civə sütünü oldu. Müalicəmizdə yenə Timalol və Ksalatan tətbiq etməyi qərara aldıq.

news29112015

30.10.2015 –ci il üçün təzyiq Timalol və Ksalatanın fonunda 8 mm. civə sütünüdür.

Adi müalicə ilə görmə sahəsini genişləndirmək  mümükündürmü ? Bu fantastikdir!!!

 

Оставьте свой комментарий

0

Комментарии

  • Комментарии не найдены

Подписывайтесь

Контакты

    • Адрес:  г. Баку, ул. Гасанбек Зардаби 89а, клиника НАТ medicine.
    • Тел: (+99412) 437 52 34

О нас

Врачи клиники: Гаджиева Нармина, Нуриева Нушаба
Очень хорошо поддаются лечению хронические простатиты, гаймориты, заболевания желудочно-кишечного тракта, хронические конъюнктивиты, увеиты, атрофии зрительного нерва и многие другие.

Страница: Болезни сердца и кардиомиопатия
Joomla 1.5