HAT Medicine

Пятница, Март 29, 2024



Şəkərli diabet zamanı pəhriz. Endokrinoloqlar haqqlı deyil?

news09032016Heç kim şəkər zamanı düzgün pəhrizin insan sağlamlığının qorunmasına olan  təsirinə  şübhə etmir. Lakin mənə belə gəlir ki, şəkərli diabetdən əziyyət çəkən xəstələrə endokrinoloqlar düzgün məsləhətlər vermirlər.

Endikrinoloqlar əsasən gündə 5-6 dəfə az-az qidalanmağa üstünlük verirlər.

Bu nə dərəcədə doğrudur?

Bu yerli-dibli düzgün deyildir. İnsan az-az , amma çoxlu yeməlidir. Mən bunu sübut etməyə  çalışaram.

Sübut 1.

İnsan yırtıcılardan formalaşıb. Yırtıcılar ətlə qidalanırlar və onların qidası əldə etdiklərindən ibarətdir. Onlar əti tapdıqdan sonra o qədər qidalanırlar ki, doysunlar. Artıq- əskik onlar yeməzlər. Şir doyduqdan sonra qəlyanaltı etməz.

İnsan mədəsi də yırtıcılarda olduğu kimidir. O, balacadır. Gəmirici heyvanlarda mədə böyükdür və bir neçə kameradan ibarətdir.

Əgər insan acıbsa hüceyrələri də acıb, həmçinin mədə və bağırsaqda olan çoxlu sayda mikroblar da acır(onların sayı insanın bütün hüceyrələrinin sayından çoxdur). Əgər biz yarıtox qidalanırıqsa o zaman bütün hüceyrə və mikroblara qida çatmaz. Onlar arasında qarmaqarışıqlıq və mübarizə yaranar. Bu bir çox hallarda  baş ağrısına və başqa patologiyalara  gətirib çıxarır ki, ilk vaxtlarda insan bunu hiss edə bilməz. Bunu insan illərdən sonra müəyyən bir xəstəliyin fonunda bilə bilər( kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyişikliklərinə keçməsi)

Sübut 2.

İnsan gün ərzində daima stress edir. Bu təbii haldır. Aclıq da bədənin güclü stressidir.Lakin vacib olan odur ki, stresdən sonra relaksasiya olsun.Relaksasiya   lazımi qədər qida qəbul etdikdən sonra yaranır. Haçan ki, hər bir hüceyrə “doyur “ və özünə çatacaq payı əldə edir ” rahatlaşırlar”. İnsanda da rahatlıq yaranır.Relaksasiya insana çox vacibdir. Qəlyanaltılar zamanı relaksasiya yaranmır. Ona görə də kulinariyaya televizor ekranlarında geniş diqqət ayrılır.Restoranda yeyilən mükəmməl qidadan yaxşı nə ola bilər? Bu əla istirahət və yaxşı relaksasiyadır.

Sübut 3.

Mən bu qənaətə 30 il əvvəl gəlmişəm. Mənim 2 il ərzində səbəbi bəlli olmayan diareyam  oldu. Biz Pribaltikada istirahət edirdik.Əgər mən bircə çiyələyi acqarına yeyirdimsə narahatlıq yaranırdı.Yeməkdən sonra yedikdən sonra isə qıcqırma olmurdu. Bu hal təkcə çiyələklə təkrar olmurdu, hətta balaca bir konfet də narahatlıq verirdi.

Normal həyatda insan bunu hiss etmir.Bu hadisədən sonra digər insanlardakı bu kimi hallara diqqət yetirməyə başladım. Mənim ürəyi xəstə olan qaynanam ona dönə-dönə qadağan etməyimə baxmayaraq acqarına xurma yedi və yarım saat sonra onda ürək tutması başladı. Bu cür hadisələrə praktikamda çox rast gəlmişəm.

Sübut 4.

Mənim diabetik retionopatiyalı çoxlu xəstələrim var. Biz xəstələrə Avastin və lazerkoaqulyasiya edirik. Bəzi xəstələrimdə müasir müalicə üsullarından istifadə  etməyimə baxmayaraq vəziyyət proqressivləşirdi. Bütün şəkərli diabetli xəstələrimizdə şəkərin miqdarını bildikdən sonra HAT Medicine pəhrizini məsləhət bilirik. Onlarda artıq bir ay sonra xolesterin birdən-birə azalır, şəkərin qanda səviyyəsi normallaşır. Ən əsası o olur ki, diabetik retinopatiyanın müalicəsi stabilləşir.

Bu məsləhətləri 10 ildir ki, tövsiyyə edirik.Xəstələrimizin ümumi vəziyyəti yaxşılaşır və onlar özlərini gümrah hiss edirlər.

Əlavələr

Mən internetdə şəkərli diabetlə əlaqəli olan bir neçə səhifələrə baxdım, orda əməlli-başlı xaos höküm sürür. Bir məqalədə deyilir ki, şəkərli diabetli xəstələrə yerkökü və çuğundur qadağandır, digər məqalədə isə əksinə yazırlar.

Şəkərli diabetli xəstələrə təyinatlar

1. Gün ərzindəki qida rasionu 3-4 dəfədən çox olmamalıdır. Hər təamdan dadmaq lazımdır ( şirniyyatdan başqa) Birincili, ikincili yemək olar. Elə qidalanmaq lazımdır ki, tam tox olsunlar. Yox əgər kökəlməkdən qorxurlarsa az-az yemək lazımdır.

2. Şirə və meyvələri qidadan sonra qəbul etsinlər. Diareya zamanı kartof şirəsi ilə alma şirəsini qarışdırıb yeməkdən 10 dəqiqə əvvəl qəbul edirdim. Başlanğıcda səhhətimə pis təsir etsə də sonralar heç bir mənfi təsiri olmadı. Belə ki, əgər adam yeməkdən əvvəl şirə içməyə öyrəşibsə davam etsin. Onsuz da insan hər hala öyrəşir.

3. Yeməklər arası qəti nəisə atışdırmasınlar. Su istədiyiniz qədər içə bilərsiniz. Kiçik bir qənd parçası ilə çay da atışdırmadır.

Şəkərli diabetli xəstələrlə söhbət zamanı məlum olur ki, onlar azca konfet, qənd- çay, hətta piroq da qəbul edirlər. Əgər onlar bunları çox  arzulayırlarsa yeməkdən sonra az miqdarda istifadə etsinlər. Amma axşam yeməyindən sonra istifadəsi arzuolunan deyildir.

4. Bütün insanlara ətli qidalar, həmçinin balıq faydalıdır.

Bizim 2-ci tip şəkərli diabetli xəstələrimiz bu məsləhətlərə riayət etdikdən 1 ay sonra müayinə olunduqda özlərini hədsiz yaxşı hiss edirlər. Qanda şəkərin miqdarı, xolesterinin səviyyəsi azalır,  diabetik retinopatiyanın müalicəsi yaxşılaşır.

 

Оставьте свой комментарий

0

Комментарии

  • Комментарии не найдены

Подписывайтесь

Контакты

    • Адрес:  г. Баку, ул. Гасанбек Зардаби 89а, клиника НАТ medicine.
    • Тел: (+99412) 437 52 34

О нас

Врачи клиники: Гаджиева Нармина, Нуриева Нушаба
Очень хорошо поддаются лечению хронические простатиты, гаймориты, заболевания желудочно-кишечного тракта, хронические конъюнктивиты, увеиты, атрофии зрительного нерва и многие другие.

Страница: Болезни сердца и кардиомиопатия
Joomla 1.5
body>