HAT Medicine

Четверг, Март 28, 2024



Böyüklərdə HAT Medicine pəhrizi

news11052012Pəhriz haqqında çox yazılıb. Vegetarian pəhrizləri, pendir pəhrizləri var. Son zamanlar meyvələrin faydası haqqında çox yazılır. Bəziləri kökün faydası haqqında yazır, digərləri qarpıza, başqaları digər meyvələrə üstünlük verirlər.

SS

Bir çox insanların müəyyən bir qidalanma üsulu vardır, həmçinin onlar hansısa yeməklərə üstünlüklər verirlər. Bəzi insanlar yatmaqdan əvvəl yemək yemirlər, digərləri gecə meyvə yeyirlər. Bəzi insanlar un məmulatlarını, digərləri şirniyyatları xoşlayırlar. Müxtəlif insanların müxtəlif qidalanması ola bilər, lakin bu sağlamlığa zərər vurmadan olmalıdır.
Biz müxtəlif qidalanma variantları tənqid etməyəcəyik, yalnız deyəcəyik ki, sağlamlığa nə zərər verə bilər.
İnsan orqanizmi – xaotik-fraktal sistemdir. Hər hansı belə sistem müəyyən qidalar və qidalanma rejimi daxil olmaqla, fantastik uyğunlaşma imkanına malikdir. Bu səbəbdən də bizdə qəti müəyyən edilmiş qidalanma rejiminin sxemləri yoxdur, hər bir insan onu özü seçə bilər.
Bundan əlavə, hər kəs hesab edir ki, artıq onu seçib və bu rejim onun üçün ən münasibdir. Və, yəqin ki, o haqlıdır. Böyüklər üçün HAT Medicine pəhrizində biz insanın sağlam qalmasına imkan yaradan əsas qaydaları verəcəyik.
Orqanizm üçün çox zərərli olan amilləri qeyd edəcəyik.
Əgər bir insan öz qidalanma rejimini dəyişir və ya yeni qidaya keçirsə, orqanizm buna dərhal reaksiya verir. Mən National geographic kanalında bir verilişi xatırlayıram, hansında ki Afrikada kisəlilərin qidanın çatışmazlığından yeni yaşayış yerinə köçməsi göstərilmişdir.

Yeni yerdə onların qidaları da yeni idi. Demək olar ki bütün kisəlilər xəstələndi, onlar çox zəif idi və onlara baxmaq belə çətin idi. Onlardan bəziləri öldü.
Lakin sonra onlar sağalaraq yeni qidanı yeməyə başladılar, çünki o artıq onlara heç bir zərər vermirdi. Eyni şey insanlara da aiddir.
Biz hamımız turistlərin diareyası haqqında xəbərdarıq. Mən ailəm ilə Hindistanda olarkən, demək olar ki, bütün qrupumuz diareyadan əziyyət çəkirdi. Mən özümlə ehtiyat üçün götürdüyüm Imodiumun bütün paçkasını onlara paylamalı oldum. Eyni zamanda, mənim özümdə heç bir pozğunluq yox idi, çünki mən yeni yeməkləri az miqdarda yeyirdim və yeməklər arasında qəlyanaltı etmirdim.
Buna görə insan bilməlidir ki, o, ilk dəfə hansısa yeni xörəyi yeyirsə, onu çox yemək olmaz. Yaxşı olardı ki, həmin xörək tanış olan yeməyin üstünə qəbul edilsin.

Şirələr.

Qeyd etməliyik ki, 5-ci həftədən başlayaraq şirələrin daxil edilməsi praktikası yalnız Rusiyada mövcuddur.

1. Şirələr - allergik məhsuldur. Allergiya dərhal üzə çıxmaya bilər. Bəzən şirələrin qəbuluna başladıqdan iki ay sonra diatez və ya bağırsaq pozğunluğu əmələ gəlir, halbuki valideynlər deyirlər ki, “uşaq qeyri-adi heç nə yeməyib”.
3. Şirənin tərkibində çoxlu miqdarda şəkər var və belə körpə uşağa o heç lazım deyil. Bizim orqanizm çoxlu miqdarda şəkəri həzm etməyə vərdiş etməyib.
Xaricdə körpələrə şirələr vermək tövsiyə olunmur, çünki bir sıra tədqiqatların nəticəsində məlum olub ki, onların zərəri faydasından daha çoxdur.
Rusiyada körpələrə şirəni ən çox anemiyanın qarşısını alan vasitə kimi yazırlar. Amma həkim-hematoloqlar bilir ki, bitki mənşəli qida ilə hemoqlobini qaldırmaq qeyri-mümkündür, lakin şirələrlə çox tez bir zamanda mədə-bağırsaq traktınını pozmaq olar.
Bizim məlumata görə (HAT Medicine nəzəriyyəsi) anemiya mədə-bağırsaq traktının pozulması nəticəsində yaranır. Daha əvvəl biz mədə-bağırsaq traktının pozğunluğu və eyni zamanda anemiyası olan pasiyent qadını müalicə etdik. Biz onun mədə-bağırsaq traktını HAT Medicine sistemi üzrə müalicə etdik. Müalicədən sonra onun qanında hemoqlobinin səviyyəsi yüksəlib.
Diyetoloqlar çoxdan deyirlər ki, təzə meyvəni yemək onun şirəsini içməkdən daha faydalıdır.
Lakin adi həyatımızda şirələr çoxdan zəruri qida məhsuluna çevrilib. Yetkin yaşda orqanizm hər şeyə, o cümlədən şirələrə, öyrəşir.
Sual yaranır, şirələri nə vaxt qəbul etmək olar? Təbii ki, onları yeməkdən sonra qəbul etmək yaxşı olardı.
Halbuki məndə uzun müddət mədə-bağırsaq traktının pozğunluğu olanda və hələ HAT müalicə üsulu ilə tanış olmayan vaxtlarda dostların məsləhəti ilə mən alma və kartof şirələrinin qarışığını qəbul edirdim. Sonra kök şirəsinə keçdim. Və bu mənə kömək etdi.
Www.medlinks.ru saytının məlumatına əsasən sübut olunub ki, şirin içkilər məktəbəqədər yaşlı uşaqlarda (10 mindən artıq uşaq müayinə olunub) piylənmənin riskini artırır. Bu həmçinin tərkibində şəkər olmayan təbii şirələrə də aiddir. Normal çəkili uşaqlarda bu effekt cüzidir, lakin artıq çəkisi olan uşaqlarda şirənin və ya sərinləşdirici içkilərin müntəzəm qəbulu zamanı ciddi piylənmənin riski ikiqat artır. Şirin içkilərin tərkibində çoxlu kalori və az miqdarda sellüloz var. Bu cür qida asanlıqla həddindən artıq yeməyə gətirib çıxara bilər, çünki o tez həzm olunur və doyma hissini kütləşdirir.
Diyetoloqlar çoxdan deyirlər ki, təzə meyvəni yemək bir stəkan şirə içməkdən daha faydalıdır. Cüzi miqdarda kalori tələb edən uşaqlar üçün şirələr artıq şəkər mənbəyinə çevrilir.
Şirələrin istifadəsinə diqqətlə yanaşın. Çalışın onları yeməkdən sonra qəbul edin.

Şirniyyatlar.

Şirniyyatlar qlükozadan ibarətdir. Qlükoza bütün canlı materiyanın enerjisinin xüsusi formasıdır.
Məkanda hərəkət edərkən və ya bu sətirləri yazarkən biz enerjini qlükozanın parçalanmasından əldə edirik.
Bir qlükoza molekulun parçalanması zamanı 36 ATF (adenozintrifosfat turşusu) molekulu əmələ gəlir. Bu böyük molekul hüceyrələrin mitoxondriyalarında (elektrostansiyalar) əmələ gəlir və özündən birbaşa orqanizm üçün universal enerji formasını təşkil edir.
Qlükozanın özü karbohidratların, zülalların və yağların parçalanmasından sonra əmələ gəlir. ATF-nın sintezi üçün qlükozanı “əldə etmək” üçün orqanizm karbohidratları, zülalları və yağları parçalamalıdır. Onlar orqanizmə qida ilə daxil edilir. Mədədə həzm olunmağa başlayır. Bunun üçün mədədə müxtəlif fermentlər və turş mühit var. Bunun üçün enerji sərf olunur.
Qeyd etmək maraqlıdır ki, təmiz qlükozaya təbiyətdə nadir hallarda və cüzi miqdarda rast gəlinir. Buna görə bizim orqanizm çoxlu miqdarda qlükozanı həzm etməyə vərdiş etməyib.
Lakin qlükoza universal enerji mənbəyidir. Məhz bu səbəbdən bütün hüceyrələr qlükozanın onlara birbaşa sovrulması mexanizmi ilə təmin edilib (Д. Хьюбел Глаз, мозг, зрение. М., Изд-во Мир 1990, с. 119. ).
Qlükoza insanın ağzına daxil olan kimi, ağızın selikli qişasının hüceyrələri onu özünə hopdurur. Onun heç bağırsağa daxil olmasına imkan verilmir, çünki yolunun üstündə hələ mədənin selikli qişasının hüceyrələri var.
Həkimlər bilir ki, insan xəstəlik nəticəsində ağızdan qida qəbul edə bilməyəndə, ona klizma vasitəsilə qlükoza daxil edirlər.
Hətta heç bir qidalandırıcı maddələri özünə hopdura bilməyən yoğun bağırsaq hüceyrələri qlükozanı tez özünə çəkir və o dərhal qana daxil olur.
Əgər orqanizm özü yağları, zülalları və karbohidratları parçalayırsa, onlar bağırsağın aşağı şöbələrində parçalanır və qlükoza tədricən, dozalarla qana sovrulur. Bu yolla qanda qlükozanın normal səviyyəsini saxlamaq orqanizm üçün daha asandır.
Eyni zamanda, qlükoza birbaşa hüceyrələr vasitasilə sovrulursa və nazik bağırsaqdan yan keçərək qana daxil olursa, bu qanda qlükoza səviyyəsinin kəskin artmasına və mədəaltı vəzin yüklənməsinə gətirib çıxarır.
Artıq məlumdur ki, şirniyyatlar orqanizm üçün çox zərərlidir. Biz onların xüsusilə acqarına zərərli olduğunu qeyd etdik.
Orqanizmin “ac” hüceyrələri “dəli” kimi qlükozaya hücüum edir və o dərhal qana daxil olur.
Əgər şirniyyatlar yeməyin sonunda orqanizmə daxil olunursa, deməli orqanizmdə artıq həzm prosesi başlayıb. Mədə-bağırsaq attraktorunun selikli qişasının hüceyrələri artıq “ac” deyil və buna görə də onlar qlükozanı o qədər də özünə çəkmir. Və şirniyyatların mənfi təsiri o qədər də neqativ olmur. Lakin bu təsir mövcuddur.
İtçilər bilir ki, əgər itə daimi şirniyyat yedizdirsən, onda qastrit, qaraciyər xəstəlikləri inkişaf edəcək və o tez öləcək. Onda nəyə görə biz bu qədər konfet, şəkər və müxtəlif şirinləşdirilmiş şirələr qəbul edirik? Ah, bu necə də xoşdur!
Amma buna baxmayaraq şirniyyatlardan mümkün qədər az istifadə etmək lazımdır. Hər halda, onları az miqdarda yeməkdən sonra yemək olar. Qənd, bir konfet, mürəbbə ilə çay içmək olar.
Lakin əgər siz şirniyyat yemisinizsə, ondan sonra qanda yüksək miqdarda olan qlükozanı “yandırmaq” üçün fiziki yüklənməni aktivləşdirmək lazımdır.
Addımbaşı hər yerdə satılan şirinləşdirilmiş şirələr xüsusilə təhlükəlidir.
Siz sağlam qalmaq və uzun müddət yaşamaq istəyirsinizsə, şəkər tərkibli məhsulların qəbulunu kəskin sürətdə azaldın.

Qəlyanaltıların zərəri barədə.

Biz ac olduğumuz zaman yemək yeyəndə nə baş verir. Mədə-bağırsaq traktının bütün hüceyrələrinə, o cümlədən selikli qişaların hüceyrələrinə, onların üzərində yaşayan mikroblara, selikli qişaların hüceyrələri ilə birbaşa və ya uzaqdan əlaqə saxlayan hüceyrələrə qida lazımdır.
Baxaq görək, biz acqarına az miqdarda yemək yesək, nə baş verəcək. Bəzi hüceyrələrə qida çatacaq, bəzilərinə isə yox.
Hüceyrələrin arasında “çəkişmə” başlayacaq, onlar aktivliyini göstərməyə başlayacaq, mikroblu flora aktivləşəcək. Mikroblu flora selikli qişanın hüceyrələrinə hücuma keçəcək (çünki onlara da qida az çatır).
Hüceyrələr daha fəal olacaq və bunun nəticəsində onların bir-birinə nisbətən yerləşməsi dəyişəcək. Bu orqanizmin fraktal strukturunun (hüceyrələrin bir-birinə nisbətən yerləşməsi) dəyişikliyinə səbəb olacaq. Fraktal strukturun dəyişikliyi isə xəstəlik deməkdir. Xaos yaranır. Vaxt keçdikcə bu müxtəlif xəstəliklərə gətirib çıxara bilər. Bu səbəbdən yeməklər arasında qəlyanaltılar çox zərərlidir.
Əgər insan yaxşı yemək qəbul edirsə, zülalli qida daxil olmaqla, “qida” bütün hüceyrələrin və eyni zamanda mikrobların payına düşür. Hər bir hüceyrə “rahatlanıb”, o “məmnundur”. Eyni vəziyyət bizə ötürülür. Yaxşı möhkəm yeməkdən sonra bizdə məmnunluq, rahatlıq hissi yaranır. Məhz buna görə yemək mədəniyyəti (restoran və fastfood ilə) insan cəmiyyətində geniş yayılmışdır.
İlk növbədə, insan düzgün və vaxtlı-vaxtında yeməlidir. Həmçinin düzgün qidalanma rejiminə riayət etməli və əsas yeməklər arasında hər cür qəlyanaltıların qarşısını almaq lazımdır. Bizdə masanın üzərində çox vaxt şirniyyatlar, çərəzlər, çipslər olur, bəziləri konfetnən çay içirlər. Və biz buna heç bir əhəmiyyət vermirik, hesab edirik ki, bu bizə təsir etmir. Doğrudanmı bu belədir?
Əslində, bu çox zərərlidir. Lakin belə qəlyanaltıların nəticələri dərhal yox, bir müddət sonra üzə çıxır. Bəzi insanlarda bu bədənin qaşınmasına, başqalarında tez-tez baş ağrılarına, ürək, beyin xəstəliklərinə, diabetin əmələ gəlməsinə gətirib çıxara bilər.
Sual yaranır, biz bunu necə öyrənə bildik? Yenə də öz üzərimizdə. Məndə diareya olanda pəhrizin hər hansı pozulması, xüsüsilə də yeməklər arasında qəlyanaltılar, xəstəliyin şiddətlənməsinə gətirib çıxarırdı. Bir dəfə mən dondurma yemək qərarına gəldim. Dondurmanı ağzıma alan kimi, hələ heç udmamış fikrimi dəyişdim və tulladım, ancaq buna baxmayaraq qarnımda qurultu əmələ gəldi.
Yəni yalnız iki damcı hopdurulmuş dondurma belə xoşagəlməz nəticə verdi. Sonralar HAT medicine üsulu ilə özümü müalicə etdiyim vaxtlarda, dəfələrlə zəiflik göstərərək, əsas yeməklər arasında qəlyanaltılar yeyirdim, bu da dərhal xəstəliyin şiddətlənməsinə səbəb olurdu. Yəgin ki, həmin vaxtlarda məndə diareya olmasaydı, bu zəifliklərin xoşagəlməz nəticələri o qədər də qabarıq üzə çıxmazdı.
Başqa insanlarla da misal gətirmək istərdim. Səhhətində heç vaxt ciddi problemi olmayan bir qadın birdən huşunu itirir. Müayinə zamanı onda beyinə qansızma aşkar olunur. Onu reanimasiyaya yerləşdirirlər. Qadının vəziyyəti getdikcə yaxşılaşırdı və onu adi palataya keçirilməli idilər. O, artıq özü gəzməyə başladı və qohumlarından tum istədi. Elə bil xəstənin istəyi qanundur, buna görə ona bir çay qaşığı təmizlənmiş tum verdilər. Bununla da qaş düzəldən yerdə göz çıxartdılar.
Həmin gecə onda fatal nəticələnən təkrar tutma baş verdi. Yəni həkimlər acqarına ona tum verməyi icazə verdilər, çünki onun mədəsində heç bir problem yox idi. Lakin onlar bilmirdilər ki, HAT medicine nəzəriyyəsinə əsasən beyinə qansızma həmçinin mədə problemidir.
Səhhətində problem olmayan adı insanda acqarına tum kimi “ağır” məhsulun qəbulu uzun müddət heç bir problem yaratmazdı. Eyni zamanda, kritik vəziyyətdə olan insanın vəziyyətinin dəyişilməsində bu tumlar son damla ola bilərdi.
Daha bir misal, xroniki ürək çatışmazlığı və şəkərli diabeti olan yaşlı bir insanda bir tikə şirin paxlavanın qəbulu ürək tutmasına səbəb oldu.
Yəni adətən biz bu fakta əhəmiyyət verməzdik. Lakin mən bu barədə bilirdim və əvvəlcədən xəbərdarlıq etdim ki, ona heç bir şirniyyat verməsinlər. Mənə qulaq asmadılar və acqarına şirniyyatın qəbulu tutmaya səbəb oldu.


Mikrobların qıcqırması məhsulları.

Spirtli içkilər və başqa məhsullar (qatıq, mayonez, şorabalar) mikrob-antigen qarşılıqlı münasibətləri pozur. Lakin bu məhsulların geniş yayılması və insanların onlardan tez-tez istifadəsinə görə insan orqanizmi onlara artıq öyrəşir. Lakin onların böyük miqdarda qəbulu mənfi təsir göstərə bilər.
Alkoqolun az miqdarda qəbulunun ürək fəsadların sayının azalmasına təsiri barədə çoxlu mübahisələr gedir. Lakin müəyyən olunub ki, istənilən miqdarda alkoqolun qəbulu onkoloji xəstəliklərin inkişafının risk amildir. Yalnız bizim sistem üzrə pasiyentlərin müalicəsi və hepatitin müalicəsi zamanı biz müvəqqəti olaraq bu məhsullardan imtina edirik.

Tövsiyələr:

1. Yeməklər arasında qəlyanaltılar çox zərərlidir. Siz gün ərzində istədiyiniz qədər yemək yeyə bilərsiniz. Lakin çalışın yeməklər arasında ancaq adi su için.
Adətən normal vəziyyətdə insanlar bu dəyişikliklərə fikir vermir. Bu dəyişikliklər qum saatında qum dənəcikləri kimi üst-üstə gəlir və bir neçə ildən sonra özünü xəstəlik şəklində göstərəcək (qumdan ibarət yuxarı təpəcik birdən-birə dağılır).
Təsəvvür edin ki, siz acsınız və mədəyə bir şey “atırsınız”. Orada çoxlu “bizim mikroblar” və selikli qişaların “ac” hüceyrələri var. Onların bəzilərinə nəsə çatır, başqalarına isə yox. Bu ac itlərə və ya canavarlara kiçik bir ət parçasını tullamaq kimidir. Onlar bir-birini parçalayacaq.
Eyni şey bizim mədədə və bağırsaqda olan hüceyrələrlə baş verir. Onlar hərəkət etməyə başlayırlar. Hüceyrələrin fraktal strukturu dəyişir. Bu da bir halda baş ağrısına (yaxşı halda) gətirib çıxara, yaxud hiss ediməyə bilər və gələcəkdə xəstəliyin (məsələn, 2 tip şəkərli diabetin) əmələ gəlməsi riskini artıra bilər.
Əgər sizdə vaxtında yemək imkanı yoxdursa, ac qalmaq ağıza şokolad batonu və ya peçenye atmaqdan daha yaxşıdır. Yeməklər arasında qəlyanaltı etməyin. Bu çox, çox zərərlidir.
2. Yeməklər arasında susuzluğunuz olursa ancaq su və ya şəkərsiz, konfetsiz çay için.
3. Şirniyyatlardan imtina edin. Bu çox çətindir, çünki hər bir hüceyrə və insanın özü şirniyyatlarla “sayıqlayır”. Hərdənbir ancaq yeməkdən sonra şirniyyat (konfet, tort, mürəbbə) qəbul edə bilərsiniz.
4. Böyük miqdarda meyvələrin qəbulundan imtina edin. Meyvələri ancaq yeməkdən sonra qəbul edin. Əlbəttə ki, əgər siz eyni vaxtda, məsələn, alma yeməyə vərdiş etməmisiniz.
5. Şorabalardan və çoxlu miqdarda spirtli içkilərdən sui-istifadə etməyin.
Əgər siz şorabalardan və spirtli içkilərdən istifadə edirsinizsə, onların qəbulundan sonra bir neçə saat ərzində gücləndirilmiş fiziki və ya cinsi yüklənmədən imtina edin.
6. Hər yeni qidaya ehtiyatla yanaşın. İlk dəfə az miqdarda və tanış olan yeməkdən sonra qəbul edin. Xüsusilə də ekzotik ölkələrə səfər edəndə.

Оставьте свой комментарий

0

Комментарии

  • Комментарии не найдены

Подписывайтесь

Контакты

    • Адрес:  г. Баку, ул. Гасанбек Зардаби 89а, клиника НАТ medicine.
    • Тел: (+99412) 437 52 34

О нас

Врачи клиники: Гаджиева Нармина, Нуриева Нушаба
Очень хорошо поддаются лечению хронические простатиты, гаймориты, заболевания желудочно-кишечного тракта, хронические конъюнктивиты, увеиты, атрофии зрительного нерва и многие другие.

Страница: Диета HAT Medicine у взрослых.
Joomla 1.5
ody>